XƏBƏR

Rütubətli hava hansı şəxslərdə ağrı yaradır?

date 25 Oktyabr 2019

Rütubətli hava hansı şəxslərdə ağrı yaradır?

Xroniki xəstəlikləri olanların rütubətli havalarda ağrı hissetmə ehtimalının daha yüksək olduğu məlum olub. Araşdırmalara görə, bu şəxslərin ağrı hiss etmələri normal haldan 20 faiz artıqdır. e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin Mançester Universitetində aparılan araşdırmalar zamanı havanın ağrılara təsiri araşdırılıb.

İngiltərədə artrit, fibromialgiya, miqren, nevroloji ağrılardan əziyyət çəkən 2500 şəxs bir ildən çox izlənib. Onların ağrıları ilə hava durumu arasındakı əlaqə nəzərdən keçirilib. Məlum olub ki, rütubətli və küləkli günlərdə həmin şəxslərin ağrı hissetmə həssaslığı 20 faiz daha artıqdır. 

Soyuq rütubətli günlərin də ağrını artırdığı təsbit olunub. Ayrıca olaraq isti hava və yağışla ağrı arasında hər hansı əlaqə izlənməyib.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR