XƏBƏR

RMDM-də nadir meningioma əməliyyatı icra olunub

date 2 May 2019

RMDM-də nadir meningioma əməliyyatı icra olunub

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) mürəkkəb əməliyyat uğurla icra olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, meningiomalara sıx rast gəlinsə də, intraosseoz (sümükiçi) meningiomalar daha az müşahidə edilir. Sümük içindən fərqli üç istiqamətə böyüyən meningiomalara isə çox nadir hallarda rast gəlinir. Cərrahi müalicəsi isə kifayət qədər mürəkkəbdir.

RMDM-yə müraciət edən 67 yaşlı qadın uzun illərdir ki, sol gözünün göz yuvasından önə çıxması və görməsinin pisləşməsindən şikayətləri olduğunu, son zamanlar isə narahatlığının sürətlə artdığını bildirib.

Diaqnozun xeyli vaxt əvvəl təyin edilməsinə baxmayaraq, xəstə əməliyyata qərar verə bilməyib. Beləliklə, illər ərzində sol göz yuvasını təşkil edən sümükləri qalınlaşdıran, göz almasını sıxaraq ekzoftalmusa (göz kürəsinin önə doğru böyüməsi, yer dəyişdirməsi) və görmənin azalmasına səbəb olan, beyinə və sol gicgah əzələ altına böyüyüb, pterigopalatin fossanı dolduran törəmə inkişaf edib.

Neyrocərrah Azər Əkbərov tərəfindən FTOZ (frontoorbitozigomatik) kraniotomiyadan törəmənin hər üç hissəsi və qalınlaşmış, patoloji sümük rezeksiya edilib. Kraniektomiya defekti metilmetakrilat ilə plastika olunub. Əməliyyatdan sonra xəstənin vəziyyəti stabildir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR