XƏBƏR

Qripi pnevmoniya, kəskin respirator viruslu infeksiyadan necə ayırmalı?

date 9 Noyabr 2019

Qripi pnevmoniya, kəskin respirator viruslu infeksiyadan necə ayırmalı?

Soyuq aylarda əhali arasında kəskin respirator virus infeksiyaları (KRVİ), zökəm, qrip, eləcə də onların ağırlaşması fonunda pnevmoniya geniş yayılır. Əhali çox zaman çox zaman bu xəstəlikləri ümumi olaraq soyuqdəymə, qrip adlandırır.  Bəs onları əlamətlərinə əsasən bir-birindən necə fərqləndirmək olar?   

e-tibb.az Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bununla bağlı hazırladığı tövsiyəni təqdim edir:

 Qripi pnevmoniya, kəskin respirator viruslu infeksiyadan (KRVİ) necə ayırmalı?

KRVİ

  • Bədən temperaturu 38,5 dərəcəyədək yüksəlir.
  • Baş ağrıları
  • Gözlərdə sulanma, sancı hissi
  • Burun tıxanıqlığı
  • Öskürək
  • Titrəmə
  • Ümumi zəiflik və yuxululuq müşahidə olunur.

Qrip

  • Əlamətləri KRVİ kimidir. Lakin proses daha sürətli davam edir.
  • Bədən temperaturu 38,5 dərəcəyədək yüksəlir.
  • Baş ağrıları
  • Titrəmə
  • Əzələlərdə ağrı
  • Yüksək tərləmə
  • Qarında diskomfort hissləri
  • İşığa həssaslıq
  • Burun və udlaqda müəyyən dəyişikliklər baş verir.

Pnevmoniya

  • 3-5 gün yüksək temperatur davam edir.
  • Kəskin öskürək və çətin xaric olunan bəlğəm müşahidə olunur.
  • Titrəmə
  • Artan ümumi zəiflik
  • Bəzən sinədə  narahatlıq və ağrı hiss edilir.

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR