XƏBƏR

Qripdən qoruyan çay

date 10 Mart 2020

Qripdən qoruyan çay

Qripdən, digər virus, infeksiyalardan qorunmaq üçün otlar, quru meyvələr, ədviyyatlardan hazırlanan çaylar, dəmələmələrdən geniş istifadə olunur.

e-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan biri də çoxlu sayda bitki, meyvə qarışığından hazırlanan “Osmanlı çayı” hesab olunur. Osmanlı çayı necə hazırlanır?

Məlumata görə, çay 10 bitki, meyvə qarışığından ərsəyə gəlir. Bu çay qrip başda olmaqla bir çox viruslardan, infeksiyalardan qoruyur.

Tərkibi: Zəncəfil, çökə, mixək, limon, portağal, darçın, alma, kəklikotu, hibiscus çayı (xalq arasında Məkkəgülü) və havlıcan (zəncəfilkimilər fəsliləsindən olan Alpniya bitkisi) 

Bu çay ən çox qış aylarında içilir. Qripə və soyuqdəyməyə qarşı ən təsirli vasitə hesab olunur. Balla qarışdırıb içmək daha faydalı sayılır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR