XƏBƏR

Qocalmağa hazırlaşmaq lazımdır?

date 16 Dekabr 2019

Qocalmağa hazırlaşmaq lazımdır?

İnsan qocalmasının bioloji və psixoloji aspektlərini araşdıran Rusiyanın "Gerontologiya" Elmi Tədqiqat Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Kirill Proşayev "qocalığa hazırlaşmağa" kömək edəcək üç vacib qaydanı açıqlayıb.

e-tibb.az-ın xəbərinə görə, gerontoloq bildirib ki, sağlam olmaq və mümkün qədər çox yaşamaq istəyən hər bir insan mütləq əsas qaydalara əməl etməlidir.
Alim hesab edir ki, sağlam olmaq və mümkün qədər çox yaşamaq istəyən hər bir insan əsas qaydalara əməl etməlidir. Gündəlik qida balanslaşdırılmış olmalıdır. Rusiyalı mütəxəssis kolbasa, kolbasa məhsulları, mayonez, müxtəlif souslar, tez hazırlanan yeməklər, şirniyyatları və s. qida tullantıları kimi təqdim edib və vurğulayıb bunlar qida menyusunda istisna edilməlidir. Gündəlik qida menyusunda  daha çox təzə tərəvəz və meyvələr yer almalıdır.

Həm də mütəmadi olaraq fiziki fəal olmaq lazımdır. Hər kəsə səhhətində yaranan sapmalar və ya xəstəlikləri vaxtında aşkar etmək üçün mütəmadi olaraq laborator, eləcə də digər müayinələrindən keçmək tövsiyə edilib.

 e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR