BLOQ

Qəfil anladığımız təhlükə: İnsult nədir?

date 30 Avqust 2020

Qəfil anladığımız təhlükə: İnsult nədir?

Nəyə görə mən?

Sualla başlamağım illərlə insanlarla çalışarkən sondan əvvəllə gəlmək və insanlar içərisində bəzi danışılmayan, izah olunmayan cavabsız sualları aydınlatmaq üçündür.

Rutin həyatınız var. Artıq axşamdan səhər duranda nə edəcəyiniz barədə planlar qurursunuz. Səhər yuxudan durduğunuzda, yaxud işə gedərkən, telefonda və ya canlı olaraq yaxınınızla danışarkən birdən danışığınızın əvvəlki kimi olmadığını, sözləri istədiyiniz kimi deyə bilmədiyinizin şahidi olursuz. Əlinizdə ayağınızda keyimə var, yaxud hərəkət məhdudlaşması yaranır.

Bir anda qorxu, həyəcan yaranır və sağlamlığınızın yerində olmadığı hiss edirsiniz. Qəfil baş verən bu dəyişikliyin nə olduğunu anlamağa çalışmaq və növbəti addımın nə olacağını fikirləşmək belə, sizin bütün həyatınızı alt-üst edir.

Çox təəsüflə deyim ki, siz tək deyilsiz... Dünyada bunu yaşayan, yaşayaraq anlayan, anlamayan və ya anlayana qədər həyatını itirən milyonlarla insan var.

Bu, insultdur. İnsult nədir?

Bildiyimiz kimi bütün orqanların mərkəzi, bilincli, bilincsiz idarə etmə orqanı baş və onurğa beyinidir. Bütün orqanlarımız qanla təchiz olunduğu kimi, beynimiz də qanla təchiz olunur. Beyin damarlarının müxtəlif səbəblərdən tutulması işemik insulta, yəni, müəyyən beyin ərazisinə gələn qan təchizatının dayanmasına, damarların partlaması isə hemorragik insulta yəni beyinə qansızma qanaxmaya yol açır...

Davamı var.

Aybəniz Murtuzova- Nevroloq, Kopenhagen Herlev Universiteti Hospital Mərkəzinin baş konsultantı

e-tibb.az üçün

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR