XƏBƏR

Qəbizlik zamanı faydalı və ziyanlı qidalar

date 6 İyun 2019

Qəbizlik zamanı faydalı və ziyanlı qidalar

Qəbizlik zamanı nə etmək lazımdır? Hansı qidaların qəbulu məsləhət görülmür? Bəs bu halda hansı qidalar xeyirlidir?

 e-tibb.az həkim-fitoterapevt Elnur Eldaroğlunun bununla bağlı məsləhətlərini təqdim edir:

Qəbizlik zamanı qəbul edilməsi məsləhət görülmür:

Qıcıqlandırıcı (acı-istiotlu, ədviyyatlı, tomatlı, yağlı) yeməklər;

Pomidor, ketçup, vəzəri, turp, soğan, sarımsaq, noxud, badımcan, acı bibər, kələm;

Şoraba, turşu məmulatları; Yağlı, yağda qızardılmış xörəklər; Qoyun əti;

Kartof: yağ, soğan, əlavə edilməklə püre və qızardılmış şəkildə;

Xəmir xörəkləri, o cümlədən vermişel, makaron quru şəkildə (spagetti kimi)

Tort, pirojnalar, şirniyyatlar, şokolad, dondurma, qəhvə, kakao, şirin çay;

Süd, qatıq, dovğa, ayran, atlama, yoqurt, kərə yağı;

Dönər, kolbasa, sosiska, konservə olunmuş məhsullar;

Qaynar çay, moruq və çiyələk mürəbbəsi, yaşıl çay, isti çörək;

Təbii şirələr, qazlı sular.

Qoz, fındıq, günəbaxan tumu;

Alkoqollu içkilər, siqaret.

Qəbul edilməsi məsləhət görülür:

Mal əti, balıq, toyuq, hind toyuğu, malın qaraciyəri, toyuq içalatı (pətənək) – qaynadılmış halda, buxarda bişmiş kotlet və suplar şəklində; suplar ətin 2-ci bulyonunda hazırlanmalıdır, supa düyü, vermişel, makaron, 1-2 dilm kartof, baş soğan (bütöv şəkildə), dəstə şəklində bişirib sonradan götürmək şərtilə keşniş, şüyüd, cəfəri, quru nanə, sarıkök, əgər böyrək xəstəlikləri, hipertoniya (təzyiq) xəstəliyi və digər əks-göstərişlər yoxdursa istəyə görə duz əlavə edilə bilər;

Qeyd edilən ət məhsullarını istiot, sumaq, soğan, və digər qatqılar olmadan kabab şəklində, həmçinin sobada öz yağında qızarmış halda da yemək olar;

Suda hazırlanmış qarabaşaq, manna və düyü sıyığı; kisel qalet (taxta) peçenyesi ilə; İlıq bişmiş yumurta;

Süd məhsullarından yalnız şor, dietik kəsmik (tvoroq) və duzsuz pendir məsləhət görülür;

Kartof: suplarda, soyutma və külləmə halında istifadə edilməlidir;

Meyvələrdən yalnız az miqdarda banan, alma (yaşıl və sarı sortları bişmiş halda ), üzüm (çəyirdəksiz), ərik qara gavalı, şaftalı yeməkdən təxminən 1,5 saat sonra qəbul edilə bilər;

Əla növ undan bişirilmiş, boyad (soyuq) çörək; Qara çörək;

Çay açıq, ilıq şəkildə olub, qəndlə, karamel konfetlə, albalı, gilas, qıcqırma qeyd olunmayan təsadüflərdə zoğal mürəbbəsi ilə içilə bilər; Mineral sular (Yessentuki 4, Nabeqlavi, Borjomi) ilıq vəziyyətdə, qazı çıxarılmış şəkildə yeməkdən ya 1 saat əvvəl, ya da 30-40 dəqiqə sonra qəbul oluna bilər;

EX laksativ bitki yığım, kök, çuğundur, kahı, xiyar, keşniş, şüyüd, cəfəri;

Ərik, qara gavalı, əncir qurusu (gecə 1 stəkan qaynar suya hərəsindən 2-3 ədəd töküb, səhərə qədər saxlamalı, səhər ac qarına ilıq vəziyyətdə içməli);

Yemək süfrəyə verilərkən mütəmadi olaraq, ona 1 xörək qaşığı un kəpəyi əlavə etməli.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR