BLOQ

Qadınların ginekoloji əməliyyatlar haqda ən çox verdiyi sual...

date 10 Aprel 2020

Qadınların ginekoloji əməliyyatlar haqda ən çox verdiyi sual...

Ginekologiyada lazer tətbiqi

Pasientlərə ginekoloji əməliyyat dedikdə, ilk sual “Lazerlə olacaqmı?” olur. Təəssüf ki, günümüzdə endoskopik-laparoskopik əməliyyatlar, pasientlərimiz tərəfindən “lazer əməliyyat” olaraq tanınır. Amma bu fərqi  izah etmək məhz biz həkimlərin öhdəsinə düşür. Belə ki, endoskopik cərrahi müdaxilələr-böyük kəsiklər icra edilmədən, dəliklərdən girməklə, xüsusi alətlər vasitəsilə icra olunan əməliyyatlardır. Lazer (light amplification by stimulated emission of radiation),  işıq enerjisinin toxumaları buxarlandıra biləcək şəklidir. Dolayısı yolla lazer, əməliyyat müddətində müəyyən anlamda “bıçağı” əvəz edir.

Bəs ginekologiyada lazer tətbiq olunurmu? Olunursa hansı qrup pasientlərə və nə zaman?

Qadın orqanizmində sintez olunan estrogen hormonu menstrual tsiklin requlyası ilə yanaşı uşaqlıq yolunun  elastikliyi, təbii nəmliyi, uşaqlıq yolu divarlarının müəyyən tonusda qalmasını təmin edir. Hər hansı bir səbəbdən estrogen sintezinin (fizioloji menopauza, yumurtalıqların alınması, hormonal disbalans və s.) pozulması tədricən uşaqlıq yolu elastikliyinin azalması, quruluq, uşaqlıq yolunun tonusdan düşməsi (sallanma), aralıq nahiyyəsində qaşınma, cinsi əlaqə zamanı ağrı, göynəmə və ya qanama kimi şikayətlərlə özünü büruzə verir. Belə hallarda şikayətləri və hormonal vəziyyəti nəzərə alaraq hormonəvəzedici terapiya və lazer terapiya təyin edə bilərik.  Hormon əvəzedici terapiya ümumi və yerli ola bilər. Lakin, hormonəvəzedici terapiyanın bəzi yan təsirləri, təyinatımızı məhdudlaşdıra bilər. Belə məqamda ən effektiv silahımız-Lazer terapiyasıdır. Daha konkret desək-MonaLisa Touch Lazer prosedurudur. İnkişaf etmiş dövlətlərdə geniş tətbiq olunan və artıq ölkəmizdədə istifadəsi mümkün bu prosedur hormon əvəzdeci terapiyanın əks-göstəriş olduğu  bütün xəstəliklər zamanı, ələxsus da onkoloji xəstəliklərin əsas müalicəsinə əlavə olaraq çox effektlidir. MonaLisa Touch Laser Prosedurun başqa istifadə sahəsi-asqırma və öskürmə zamanı sidikqaçırmadır (Stress İnkontinans). Bu prosedur ağrısızlaşdırma tələb etməyən və 3-5 dəqiqə müddətində tamamlanan ambulator müdaxilədir.

 

Şölə Əkbərova-Mama-ginekoloq

Xüsusi olaraq e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR