XƏBƏR

Qadınları ən çox narahat edən dövr: BU ƏLAMƏTLƏR VARSA...

date 6 Aprel 2020

Qadınları ən çox narahat edən dövr: BU ƏLAMƏTLƏR VARSA...

Qadınlarda klimakterik dövr, aybaşıdan kəsilmə dövrü ən çox narahatlıqların yarandığı dövr kimi xarakterizə olunur. Bəzi hallarda əlamətsiz kecsə də, klimakterik dövrdə əksər hallarda narahatlıqlar meydana çıxır. Bəzən qadınlar uzun zaman həmin əlamətlərin nədən qaynaqlandığını bilmir, hətta yanlış olaraq müalicələr də qəbul edirlər.

Mama-ginekoloq Şölə Əkbərova e-tibb.az-a açıqlamasında qadınlara klimakterik dövr, menopauza ilə bağlı bir sıra tövsiyələr verib.  

Qadın orqanizmində baş verən dəyişikliklərə nəzər salsaq, bunları aşağıdakı kimi qruplaşdıra bilərik: Cinsi yetişkənlik dövrü 10-14 yaş arası, reproduktiv dövr 21-45 yaş arası, klimakterik dövr və ya aybaşıdan kəsilmə 45-52 yaş arası. Menopauza isə menstruasiyadan tam kəsildikdən sonrakı dövrdür. Menopauza fizioloji olduğu kimi (yaşla əlaqədar), bəzən erkən də ola bilər. Erkən menopauza müxtəlif səbəblərdən  (hormonal faktor, hər hansı bir səbəbdən yumurtalıqların alınması, onkoloji xəstəlik və s.)  baş verə bilər.  Maraqlı fakt odur ki, qadınar menopauza dönəmində narahatçılıqlar yaşasalar belə, mütəxəssisə müraciət etməkdən çəkinirlər. Bu narahatçılıqlar həm sidik-cinsiyyət sistemində, həmçinin digər orqan və sistemlərdə baş verən dəyişikliklərlə əlaqədar olur. Bu dövrdə rast gəlinən ən aktual problemlər sidikqaçırma, uşaqlıq yolunun divarlarının sallanması, uşaqlıq yolunda quruluq, qaşınma, göynəmə, cinsi əlaqə zamanı ağrı, qanama, istilikbasma, arterial təzyiqdə qeyri-stabillik, kardioloji problemlər, osteoporoz və s. Belə halda narahatçılıqların və ağır fəsadların qarşısını almaq üçün pasientlərin müalicəsi kompleks şəkildə, şikayətlərinə əsasən həkim-mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Qadınlarmıza tövsiyyə-menopauza dövründə profilaktik olaraq ildə və ya iki ildə bir dəfə mütləq həkim müayinəsindən keçmək lazımdır. Əgər yuxarıda sadaladığımız bu və ya digər şikayətiniz varsa, gecikdirmədən mütəxəssisə müraciət edin. Çünki vaxtında edilmiş müayinə və müalicə, xəstəliyin ağırlaşmasının qarşısını alır, hətta həyat qurtarır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR