XƏBƏR

Qadınlarda ürək xəstəliklərinin menopauza ilə əlaqəsi yoxdur?  

date 14 İyun 2019

Qadınlarda ürək xəstəliklərinin menopauza ilə əlaqəsi yoxdur?  

"Avropa Kardiologiya Cəmiyyətinin apardığı araşdırmalara görə, ən çox ürək xəstəliklərinə türk qadınlarında rast gəlinir".

e-tibb.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 40 illik yubileyinə həsr olunan konfransda jurnalistlərə Türkiyə Kardiologiya Cəmiyyətinin sədri, professor Vedat Aytekin bildirib.

Onun sözlərinə görə, qadınlar arasında ürək xəstəliklərinin artmasının səbəbini müəyyənləşdirmək üçün Türkiyə Kardiologiya Cəmiyyətində alt qrup yaradılıb: "Araşdırmamız zamanı gördüyümüz ən əsas səbəblər sırasında artıq çəki və az hərəkətlilik xüsusi rol oynayır. Bunlar çox vacib faktorlardır. Eyni zamanda, əvvəllər düşünürdülər ki, qadınlarda menopauza dövründən əvvəl ürək xəstəlikləri daha az olur. Əslində isə elə deyil, bu məsələyə də diqqətlə yanaşmaq lazımdır. Təbii ki, ürək xəstəliklərinin səbəbləri sırasında siqaret də mühüm rol oynayır. Bugünkü konfransda qeyd edildi ki, Azərbaycanda qadınlar arasında siqaret çəkənlərin sayı nisbətən azdır. Türkiyədə də kişilərə nisbətən azdır, ancaq hər il siqaret çəkən qadınların sayı daha da artır. Bunun qarşısını almaq lazımdır".

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR