XƏBƏR

Qadınlarda geniş yayılan bu xərçəngi tam müalicə etmək olur - Ginekoloq RƏYİ

date 3 Dekabr 2019

Qadınlarda geniş yayılan bu xərçəngi tam müalicə etmək olur - Ginekoloq RƏYİ

Qadınlarda onkoloji xəstəliklər arasında rastgəlmə tezliyinə görə ikinci yeri uşaqlıq boynunun xərçəngi tutur. Bu xəstəlikdən qorunmağın əsas skrininq metodlarından biri kolposkopiyadır.

e-tibb.az  xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) I Mamalıq-ginekologiya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının həkimi, tibb üzrə fəlsəfə doktoru Sevinc İsmayılova açıqlayıb.

Sevinc İsmayılovanın sözlərinə görə, uşaqlıq boynu xəstəliklərində erkən diaqnostika və yeni skrininq texnologiyaların tətbiqi uşaqlıq boynun xərçəngin profilaktikası üçün əlavə imkanlar yaradır: “Bu, qadınların sağlamlığının qorunması üçün perspektivlər açır. Xərçəngönü xəstəlikləri və uşaqlıq boynun xərçəngin diaqnozunda müxtəlif metodlardan istifadə olunur, lakin ən çox klinik-vizual metod, kolposkopiyanın tətbiqi təcrübə üçün əlverişli hesab olunur. Qadınlara 25 yaşından başlayaraq, mütəmadi şəkildə kolposkapiya müayinəsindən keçmələri tövsiyə edilir. Bununla da qadınlarda uşaqlıq boynunun xərçəngini erkən mərhələdə aşkar etmək olar. Xəstəliyi vaxtında müalicə etməklə, ağır fəsadların qarşısını almaq mümkündür”.

Onun sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasında ən müasir kolposkop cihazı istifadə edilir. Ginekoloq vurğulayıb ki, uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkar edilməsi bu xəstəlikdən tam müalicəyə zəmanət verir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR