XƏBƏR

Professordan məktəblilər üçün TÖVSİYƏ: 7 saatdan az yatmaq hansı fəsadlar yaradır?

date 30 Sentyabr 2020

Professordan məktəblilər üçün TÖVSİYƏ: 7 saatdan az yatmaq hansı fəsadlar yaradır?

Məktəbdə müvəffəqiyyət qazanmaq üçün əsas şərtlərdən biri normal yuxudur. Normal yuxu məktəblilər üçün uğurun əsas açarlarından biridir. Ona görə də təhsildə uğur əldə etmək üçün yuxu müddətinin 7 saatdan az olmamasına çalışmaq lazımdır.

e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan fizioloq, professor Levent Öztürk yerli mediaya açıqlamasında deyib. Koronavirus (Covid-19) pandemiyası dövründə təhsil sistemində aparılan dəyişikliklərin məktəblilərin həyat tərzində fərqliliklərə yol açdığını bildirən professor deyib ki, məktəblilər pandemiya dövründə daha gec yatmağa, daha gec oyanmağa, gün ərzində də yatmağa öyrəşiblər. Bununla da yuxu nizamı pozulub. O, təhsil müddətində nizamlı yuxunun çox önəmli rol oynadığını bildirib. Sağlam və nizamlı yuxu təhsil müddətini daha səmərəli edir, uğuru artırır. 

Professorun sözlərinə görə, nizamlı yuxunun olmaması artıq çəkinin yaranmasına yol açır. Yuxunun pozulması bir sıra ciddi problemlərə səbəb olur. Məslən, daha gec yatanlar gecə saatlarında acdıqlarına görə qida qəbul edirlər, bu isə piylənmə rsikini artırır. Ələlxüsus böyümə və inkişaf dövründə yuxusuz qalanlarda böyümə hormonu hormon sekresiyasından təsirləndiyi üçün uçaqların boyları qısa ola bilər. Bundan başaqa, bütün yaş qruplarında diqqət toplama, öyrənmə və xatırlamanın pozulması baş verər. Bu da akademik uğurun aşağı düşməsinə yol açar.

Fizioloqun sözlərinə görə, məktəbdə, təhsildə uğur qazanmaq üçün yatma və oyanma saatları nizamlı olmalıdır. Yuxu müddəti 7 saatdan az olmamalıdır. Gün ərzində boş saatlarda yatmaq yox, yüngül və ya orta səviyyədə idman etmək lazımdır.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR