XƏBƏR

Pnevmoniyanın qarşısını almaq istəyiriksə... - Baş infeksionistdən AÇIQLAMA

date 3 İyul 2020

Pnevmoniyanın qarşısını almaq istəyiriksə... - Baş infeksionistdən AÇIQLAMA

Koronavirusun yaratdığı əsas fəsad pnevmoniya sayılır. Ağciyərin sətəlcəmi olan pnevmoniyanın son dövrlər geniş yayıldığı bildirilir. Mütəxəssislər virusa son zamanlar yoluxanlarda daha çox pnevmoniyanın, eləcə də bakterial pnevmoniyanın inkişaf etdiyini bildirirlər.

Bunun qarşısını almaq mümkündürmü? e-tibb.az lent.az-a istinadən respublikanın baş infeksionist Cəlal İsayevin bu barədə fikirlərini təqdim edir:

“Koronaviruslar, istər SARS, istərsə də MERS, pnevmoniya yaradırdı. İndiki SARS 2 kimi adlandırdığımız bu virus da ağırlaşma kimi əsasən ağciyər və qaraçiyərin zədələnməsinə, tənəffüs çatmazlığına və hətta xəstənin ölümünə səbəb olur.

Əvvələr də pnevmoniya xəstəliyi olub. Bir çox virus bakteriyaları bu xəstəliyi yaradıb. Amma hazırda bu xəstəlik koronavirusa yoluxanların əsas ağırlaşmalarından biri kimi bizi narahat etdiyinə görə çox gündəmdədir. Bütün xəstələrə nəzarət üçün kompüter tomoqrafiyası, rentgen müayinəsi aparılır ki, ağciyərdə belə bir dəyişikliyin olub-olmaması müəyyən edilsin. Əgər müəyyən olunarsa ki, xəstədə pnevmoniya inkişaf edir, o xəstə mütləq ciddi nəzarətə götürülür.

Əgər bir insan istəyirsə ki, onda pnevmoniya inkişaf etməsin, o zaman koronavirusdan qorunmalıdır. Bu virusdan qorunmağın yollarını hər gün həkimlər də deyir, mətbuat da yazır. Maskadan istifadə etmək, sosial məsafəni saxlamaq, gigiyena qaydalarına əməl etmək vacibdir".

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR