XƏBƏR

Pediatrdan: Maska uşaqlarda üçün əlavə infeksiya mənbəyinə çevrilməməlidir

date 4 Sentyabr 2020

Pediatrdan: Maska uşaqlarda üçün əlavə infeksiya mənbəyinə çevrilməməlidir

Böyüklərdə olduğu kimi uşaqlarda da COVID-19 xəstəliyi ağır fəsadlara gətirib çıxara bilər. Uşaqların da koronavirus infeksiyasından qorunması üçün bütün qaydalara riayət olunmalıdır.

e-tibb.az xəbər verir ki, bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova bildirib. 

“Uşaqları COVİD-19 xəstəliyindən necə qoruyaq?” sualına cavab olaraq həkim vurğulayıb ki, xüsusilə 12 yaşa qədər olan uşaqların maskadan istifadəsi ehtiyatla aparılmalıdır ki, maska onlar üçün əlavə infeksiya mənbəyinə çevrilməsin. Koronavirusa qarşı effektiv peyvənd tapılana qədər qorumaq lazımdır: “Uşaqlar doğulduğu gündən bütün peyvəndlər vurulmalıdır. Belə ki, digər xəstəliklərə qarşı peyvəndləri vurulmayan uşaqlar virusa yoluxarsa, xəstəliyi daha ağır keçirə bilərlər. Bir yaşa qədər uşaqlarda COVİD-19 virusu ağırlaşmalara səbəb ola bilər.

Yeni doğulmuş uşaqlarda respiratir distress sindromunun yaranmasına və körpənin süni tənəffüs aparatına qoşulmasına səbəb ola bilər. Bu virusa yoluxan uşaqlar xəstəliyi yüngül keçirsələr də, daşıyıcı ola bilərlər. Bir uşaqda COVİD-19 xəstəliyi aşkarlanlbsa, əksər hallarda ailənin digər üzvləri də yoluxmuş olub. Buna görə uşaqlar həyətdə oynadıqda mütləq ara məsafəsi saxlamaq, maskadan düzgün istifadə etmək, uşaqların əllərini qaydalara uyğun yumaq, yellənçəyə mindirdikdə tutacaqları dezinfeksiya etmək və kütləvi yerlərə aparmamaq lazımdır”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR