XƏBƏR

Payızda immuniteti gücləndirən QİDALAR

date 2 Noyabr 2019

Payızda immuniteti gücləndirən QİDALAR

Payız fəslində immun sistemini gücləndirməyə daha çox ehtiyac var. Bu baxımdan sağlam, təbii qidalara daha çox üstünlük vermək tövsiyə olunur.  

Bu, soyuq havalarda daha çox yayılan viruslardan qorunmağın əsas yollarından sayılır. Güclü immuniteti olan orqanizm viruslara qarşı daha yaxşı mübarizə apara bilir.

Payızda immun sistemini gücləndirən əsas təbii qidalardan biri balıqdır.

Protein qaynağı hesab olunan bu qida həm də tərkibindəki vitaminlərlə immun sistemini gücləndirir. Omega 3 yagi ilə zəngin olan balıq ürəyi qoruyur, xolesterinin aşağı düşməsinə səbəb olur. Həftədə iki dəfə balıq yemək, onu qızartma yox, kabab kimi, soba ya da buğda bişirmək tövsiyə edilir.

Gündə bir ovuc qoz-fındıq, badam həm immun sistemini qoruyur, həm də ürək xəstəliklərinin yaranma riskini azaldır. Onları qovrulmuş yemək tövsiyə edilmir. Gündəlik istifadə bir ovucu keçməməlidir.

Payızın əsas qidalarından biri də alma olmalıdır. Alma qanda insulinin və xolesterinin normada qalmasına, immunitetin güclənməsində səbəb olur. Həmçinin uzun zaman tox saxlaya bilir. Almanı gündə bir porsiya, yəni gündə bir ədəd yemək məsləhət görülür.

Soğan və sarımsaq da soyuq ayların əsas qoruyucularından biridir. A, C vitaminləri, dəmirlə, minerallarla zənginliyi sayəsində bu qidalar immuniteti gücləndirir. Həmçinin xərçəngə qarşı qoruyucu sayılır.

Kalsium, maqnezium, selen, E, C vitamini ilə çox zəngin göyərti olan ispanaq immunitetin güclənməsinə səbəb olur, çoxsaylı xəstəliklərdən qoruyur. Qida dəyərini çox itirməməsi üçün onu çox bişirmək lazım deyil.

Uzun zaman tox saxlayan göbələk D, C vitaminləri, fosfor, mis, digər minerallarla zəngin olan çox az sayda qidalardan biridir. İmmuniteti gücləndirmək üçün payızda tez-tez göbələk yemək lazımdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR