XƏBƏR

Parkinson xəstəliyinin əsas əlaməti budur

date 3 İyun 2019

Parkinson xəstəliyinin əsas əlaməti budur

Parkinsonun müşahidə edilmə yaşı 40-70 yaş arasında dəyişsə də, əsasən 60 yaşdan sonra başlayır.

Bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib. Həkim deyib ki, parkinson xəstəliyi, beyindəki dopamin hüceyrələrinin zədələnməsi nəticəsində yaranan xroniki bir hərəkət pozulmasıdır. Parkinson xəstəliyinin görülmə sıxlığı kişilərdə qadınlara nisbətən daha çoxdur.

Parkinsonun hansı əlamətləri var?

Ümumilikdə orta yaşda müşahidə olunan parkinson xəstəliyi titrəmə, əzələ sərtliyi, tarazlıq pozulması və hərəkətlərdə yavaşlamaq ilə özünü göstərir. Titrəmə daha çox bir barmaqda, əldə, bəzən də bir ayaqda yaranar. Başlanğıcda ara-sıra olub zaman keçdikcə tez-tez təkrarlanır və digər bədən üzvlərinə də keçir.

Əzələ sərtliyi də daha çox qollarda, ayaqlarda, boyunda və bəzən də kürəkdəki əzələ qruplarının ayrı-ayrı anlarda sıxılaraq hərəkətə mane olmasıdır. Hərəkətlərdə yavaşlama isə parkinson xəstəliyinin bəlkə də problem yaradan ən əsas əlamətidir. Parkinson xəstələri çox insan olan yerdən qaçır və özlərinə qapanırlar.

 

E-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR