XƏBƏR

Pandemiya zamanı uşaq sağlamlığı mövzusunda onlayn konfrans keçirilib

date 9 İyul 2020

Pandemiya zamanı uşaq sağlamlığı mövzusunda onlayn konfrans keçirilib

COVİD-19 pandemiyası zamanı uşaq sağlamlığı mövzusunda onlayn konfrans keçirilib.

e-tibb.az xəbər verir ki, Beynəlxalq Pediatrik Assosiasiyası, Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə baş tutan konfransda bir sıra mövzular müzakirə olunub.

ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov indiki çətin pandemiya şəraitində keçirilən konfransın mövzusunun aktuallığını yüksək dəyərləndirib: "Konfrans üçün Türkiyə Milli Pediatriya Dərnəyinə, dəvətimizi qəbul edən hocalarımıza ATU rəhbərliyi adından təşəkkür edirəm. Dəyərli İhsan Doğramacının davamçısı olan Enver Hasanoğlu hocamız Türk dünyasında, eləcə də, dünyada pediatriyanın inkişafında böyük rol oynayan həkimləri bir araya gətirib. Bu cür tədbirlərin təşkili çox önəmlidir. Konfransın həmkarlarımıza həm klinik təcrübədə, həm də elmi araşdırmalar baxımından çox faydalı olacağına inanıram".

Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi, professor Enver Hasanoğlu çıxış edərək, konfransın əhəmiyyətini qeyd edib.

ATU-nun Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsinin müdiri, dosent Nigar Sadiyevanın moderatorluğu ilə davam edən onlayn konfransda Terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Rauf Bəylərov "COVİD-19 və uşaqlarda böyrək xəstəlikləri", ATU-nun Psixiatriya kafedrasının assistenti, Phd İkram Rüstəmov "Pandemiya zamanı uşaqların psixi sağlamlığı", ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı "COVİD-19-a yoluxmuş analardan doğulmuş yenidoğulmuşların sağlamlığı" mövzularında çıxış ediblər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR