XƏBƏR

Pandemiya nə zaman bitəcək, koronavirus haçan təhlükəsiz olacaq?

date 26 Dekabr 2020

Pandemiya nə zaman bitəcək, koronavirus haçan təhlükəsiz olacaq?

Bu gün hər kəsi koronavirus pandemiyasının nə zaman başa çatacağı, virusun nə zaman təhlükə yaratmayacağı, insanların haçandan rahat yaşayağacı kimi suallar düşündürür. Bununla bağlı yekdil, birmənalı cavab yoxdur, mütəxəssislər sadəcə, öz proqnozlarını açıqlayırlar.

Virusoloq alim, Krım Federal Universitetinin Tavrik Akademiyasının biokimya kafedrasının dosenti Vladimir Oberemok deyib ki, vəziyyət tezliklə yaxşılaşacaq. Alim koronavirus infeksiyası pandemiysının 2022-ci ildə başa çatacağını düşünür.

O hesab edir ki, 2021-ci ilin yayında kollektiv toxunulmazlıq yarancaq. Yay aylarında yoluxma hallarının azalması və payızda yenidən az sıçrayışla olması gözlənilir, lakin bu ildə yoluxma daha az  olacaq. Sonra isə yoluxmayanlar xəstələnəcəklər: “Mənim fikrimcə, 2022-ci ilin qış-yaz aylarında pandemiya praktiki olaraq başa çatacaq. Biz həyatın normal məcrasına qayıdacağıq. Mən iddia etmirəm ki, insanlar 2019-cu ildə olduğu kimi yaşayacaqlar. Dünya istənilən halda müəyyən mənada dəyişəcək, lakin ölkələr arasında sərhədlərin qorunması və açıqlığı hissi bu vaxta qədər yaranacaq".

Onun fikrincə, 2021-ci ildə vəziyyət xeyli yaxşılaşacaq, 2022-ci ildə pandemiyanın başa çatmasını isə bir sıra səbəblərdən gözləmək olar.

"Birincisi, vaksinlər və dərmanlar olacaq. İkincisi, insanların əksəriyyəti koronavirusu keçirmiş olacaqlar və onlarda immunitet davam edəcək. Üçüncüsü, bəşəriyyət koronavirusa psixoloji olaraq alışacaq. Dördüncüsü, növbəti bir neçə il ərzində eyni tipli virusa təkrar yoluxma ehtimalı az olacaq. Və bu virus digər RNT-tərkibli viruslarla müqayisədə çox tez dəyişmir"- deyə mütəxəssis əlavə edib.

Bundan əlavə, alimin fikrincə, koronavirus özü zamanla zəifləyəcək və deməli, xəstəlikdən ölüm hazırda olduğu kimi yüksək olmayacaq.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR