XƏBƏR

Pandemiya dövründə məktəblərdə davranış qaydaları necə olacaq?

date 7 Sentyabr 2020

Pandemiya dövründə məktəblərdə davranış qaydaları necə olacaq?

COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları təsdiq edilib.

APA-nın məlumatına görə, pandemiya zamanı məktəblərdə davranış qaydalarına məsafə saxlamaq, əlləri tez-tez və qaydalara uyğun yumaq, başqalarının əşyalarına toxunmamaq, sinfi və məktəbi təmiz saxlamaq, təhlükəsiz istirahəti seçmək, kütləvi tədbirlərdən çəkinmək, bilik və bacarıqları başqaları ilə paylaşmaq daxildir. 

Qaydalarda həmçinin bildirilir ki, xəstə olduqda evdə qalmaq, öskürəndə və ya asqıranda ağız-burnu dirsək bükümü, yaxud kağız dəsmalı ilə bağlamaq və istifadə olunmuş kağız dəsmalı dərhal zibil qutusuna atmaq, toxunulan səthləri və əşyaları mütəmadi təmizləmək, üzə toxunmamağı adət halına salmaq, qapalı məkanlarda qoruyucu maskadan istifadə etmək lazımdır. 

Əllərini yumaq qaydasında bildirilir ki, minimum 20 saniyə ərzində əllərin bütün hissələrini, o cümlədən üstünü, barmaqların arasını və dırnaqların dibini sabun köpüyü ilə sürtmək, əlləri təmiz, quru dəsmal və ya birdəfəlik kağız dəsmalı ilə qurulamaq lazımdır. Su və sabun olmadıqda isə minimum 70%-lik spirt əsaslı təmizləyici vasitələrdən istifadə edilməlidir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR