XƏBƏR

Pandemiya dövrü uşaqlarda bu riski artırır

date 5 İyun 2020

Pandemiya dövrü uşaqlarda bu riski artırır

ABŞ və İtaliyadan olan alimlər pandemiyanın artıq çəkili uşaqların səhhətinə mənfi təsir etdiyini, daha da piylənməyə səbəb olduğunu bildiriblər.

e-tibb.az xəbər verir ki, ABŞ və İtaliyadan olan alimlər qrupu belə qənaətə gəlib ki, piylənmədən əziyyət çəkən və evdə olmağa məcbur olan uşaqlar koronavirus pandemiyası dövründə daha kökəlirlər.

Alimlər qeyd ediblər ki, mövcud pandemiyanın bəzi yan təsirləri adi virus infeksiyasının fəsadları çərçivəsindən kənara çıxır. Tədqiqat müəlliflərindən biri, Nyu-York Universitetinin professoru Miles Feyt bildirib ki, təcrid vəziyyətində qalmaq belə uşaqların sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislər piylənmədən əziyyət çəkən 41 uşağın qidalanması, həyat tərzi, fiziki fəallığını, həmçinin yuxusunun vaxtını və keyfiyyətini təhlil ediblər. Məlum olub ki, keçən illə müqayisədə uşaqlar daha çox yatıb və yeyiblər. Bundan başqa, onların kompüter arxasında qalma müddəti də çox olub.

M.Feyt qeyd edib ki, ev şəraitində olmaq daha çox artıq çəkiyə səbəb olur ki, bu da gələcəkdə piylənməyə gətirib çıxara bilər.

 

 

Alimlər əlavə ediblər ki, piylənmədən əziyyət çəkən insanlara daha əvvəl də koronavirus təhlükəsi barədə xəbərdarlıq olunub.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR