XƏBƏR

Ötən il Azərbaycanda 280 mindən çox cərrahiyyə əməliyyatı aparılıb

date 3 Yanvar 2019

Ötən il Azərbaycanda 280 mindən çox cərrahiyyə əməliyyatı aparılıb

Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

e-tibb.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda 2018-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

 İclasda bildirilib ki, il ərzində Nazirliyin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət olub, 727 min xəstə stasionar müalicə kursu keçib.

2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub.

Ötən il 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı, 12 sümük iliyi transplantasiyası aparılıb.

 2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb.

Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.

 Qeyd olunub ki, 2018-ci ildə 17 ana ölümü qeydə alınıb.

 Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insanın olduğu diqqətə çatdırılıb.

Kollegiya iclasında o da bildirilib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən görülməsi tələb olunan prioritet istiqamətlər müəyyənləşdirilib, il ərzində çarpayı fondunun, ştatların optimallaşdırılması, tibbi xidmətlərin regionlaşdırılması, elektron reseptlərə keçidin sürətləndirilməsi ilə bağlı ciddi addımlar atılıb.

 Eyni zamanda, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi məqsədilə hazırlıq işləri tamamlanıb və keçid üzrə təqvim hazırlanıb.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR