BLOQ

Osteoxondrozun qarşısını necə almaq olar?

date 6 Sentyabr 2019

Osteoxondrozun qarşısını necə almaq olar?

Osteoxondroz maddələr mübadiləsinin pozulması və qığırdaq toxumalarının yeyilməsi nəticəsində yaranır. Hava şəraiti, qida, su bu xəstəliyi əmələ gətirən ilkin səbəblərdəndir. Osteoxondrozun əmələ gəlməsinə müxtəlif xəstəliklər də səbəb ola bilər. Qrip, mədəaltı vəzi və ya qaraciyər xəstəlikləri zamanı sümüklərdə mineralların nisbəti pozur və qığırdaqda yeyilmə başlayır. Yüngül, orta və ağır formaları var. Daha çox döş, boyun və bel fəqərələrində rast gəlinir. Bütövlükdə boyun və bel fəqərələrindəki sahəni əhatə edir. Bu sonradan oynaqlara da keçə bilir. Xəstə gec müraciət etdikdə ağır formaya keçir, yırtıqlar əmələ gəlir. Xəstələr ağrılar başladığı vaxtda gəlməlidirlər. Bir müddət ağrı kəsicidən istifadə edirlər. Ağrıkəsicilər ağrıları azaltsa da, müalicə etmir, proses içəridə gedir. Sonra dərmanlar da təsir etmir, müalicəsi çətin olur. Xroniki, yəni illərlə yığılan xəstəlik halı alanda mütləq beş, altı və ya on il müddətində ildə iki dəfə müalicə olunmalıdır.

Orqanizmdə ən çətin bərpa olunan toxuma büllur və qığırdaq toxumasıdır. Xəstədə renisiya, yəni yüngülləşmə dövrü yaratmaq və xəstəliyin inkişafının qarşısını almaq mümkündür. Toxumanı bərpa etməkdən ötrü həmin nahiyədə qan dövranı yaxşılaşdırılmalıdır. Bunun üçün müalicə zamanı klassik üsulla yanaşı təbii bitkilərdən, heyvan orqanizmindən alınan məhsullardan, eyni zamanda fizioterapiyadan və vakuum aparatlarından istifadə olunur.

Qarşısını almaq üçün nə etmək lazımdır?

Səhərlər qaçmaq, idmanla məşğul olmaq lazımdır. Bütün günü qapalı sahədə işləmək ziyandır. İşdən sonra təmiz havada olmaq, şəhərin tüstüsündən uzaqlaşmaq gərəkdir.

Sənan Cəfərov - Fizioterapiya və tibbi bərpa üzrə mütəxəssis, uzman həkim

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR