XƏBƏR

“Ortopedik stomatologiya - propedevtika” dərsliyi nəşr olunub

date 31 Yanvar 2020

“Ortopedik stomatologiya - propedevtika” dərsliyi nəşr olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında yeni dərsliyin - “Ortopedik stomatologiya - propedevtika” adlı kitabın təqdimat mərasimi keçirilib.

e-tibb.az xəbər verir ki, ATU mətbuat xidmətinin məlumatına görə, “Ortopedik stomatologiya - propedevtika” kitabı bu sahə üzrə əsas dərsliyin II hissəsidir.

Kitabın müəllifləri Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və eyni kafedranın dosenti Səid Əhmədovdur.

Kitabda Ortopedik stomatologiyanın inkişaf tarixi, üz-çənə sisteminin funksional anatomiyası kimi mövzular yer alıb.

“Ortopedik stomatologiya - propedevtika” kitabı 224 səhifədən ibarətdir. Kitabın rəyçiləri - professor Zöhrab Qarayev və Əhməd Səyidbəyov, elmi redaktoru, professor Mübariz Allahverdiyevdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR