XƏBƏR

On iki il sonsuzluqdan əziyyət çəkən ailənin əkiz övladı doğulub

date 26 Sentyabr 2019

On iki il sonsuzluqdan əziyyət çəkən ailənin əkiz övladı doğulub

Azərbaycanda uzun zaman sonsuzluqdan əziyyət çəkən qadının əkiz övladı dünyaya gəlib. 12 illik evlilik həyatı, sonlanmayan hamiləlik və düşüklərdən sonra Tovuz rayonundan olan Əsgərovlar ailəsi əkiz uşaq sahibi ola bilib.

e-tibb.az-ın xəbərinə görə, Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının I Mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundovanın sözlərinə görə, Tovuz rayonundan olan 32 yaşlı G.Əsgərova 12 il ərzində iki dəfə hamilə qalıb, lakin hər dəfə döl inkişafdan qaldığından hamiləlik sonlanmayıb: “Xanımın anamnez məlumatlarında boru-peritoneal amilin olması, yumurtalıqların rezerv imkanlarının azalması, birincili hipotireoz (qalxanabənzər vəzin funksiyasının azalması) aşkar edilmişdi. Növbəti hamiləlik bizim nəzarətimiz altında keçdi. Elə hamiləliyin ilk həftələrindən ciddi problemlər yarandı: başlanmış düşük, erkən və gec düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, istmiko-servikal çatışmazlıq, kənari cift gəlişi və s. Fəsadlaşmalar vaxtında dəf edildi və hamiləlilik 29 həftəsində həyati göstərişlə qanaxma səbəbindən sonlandırıldı”.

Qeysəriyyə əməliyyatı ilə üçəmlər doğulub. Onların çəkiləri 1470 qram, 1350 qram və 1250 qram olub. Lakin döllərdən biri periventrikulyar leykomalyasiya və baş beyinə üçüncü dərəcəli qansızma səbəbindən itirilib: “İki yeni doğulmuş körpə neonatoloqların ciddi səyi, Heydər Əliyev Fondunun dəstəyi və millət vəkili Qənirə Paşayevanın seçicisinə olan sevgi və qayğısı sayəsində həyatda qaldılar. Hələ doğum evində olduqları müddətdə körpələr dövlətimizin vətəndaşlarına olan qayğısını hiss etdilər. Nəhayət əkizlərimizi evə yazmışıq”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR