XƏBƏR

Ömrü uzatmağın asan YOLU

date 7 Oktyabr 2019

Ömrü uzatmağın asan YOLU

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri ömrü uzatmaq üçün asan bir yol tapıblar. Ekspertlər əmindirlər ki, insan sağlamlığı və onun ömrünün uzunluğu qidalanmadan çox asılıdır.

e-tibb.az-ın  xəbərinə görə, aparılan araşdırmada ürək və onkoloji xəstəlikləri olmayan 45-74 yaş aralığında olan təxminən 80 000 yaponyalı iştirak edib.

Təcrübə gedişində yapon alimləri onlara öz masalarında müxtəlif 133 ərzağın və alkoqolsuz içkilərin 5 il ərzində olmasının tezliyini qiymətləndirməyi təklif ediblər.

Tədqiqat göstərib ki, qida müxtəlifliyi ölüm riskini azaldır və qadınlarda kişilərdən daha  çox özünü büruzə verir. Kişilərin rasionunda  meyvə və tərəvəzin müxtəlifliyi ömrün uzun olmasına daha çox təsir edir. Amma kişilərin rasionunda ətin üstünlük təşkil etməsi ölüm riskinin artmasına gətirib çıxarır. Qadınlara isə müxtəlif soya məhsullarından daha istifadə etmək tövsiyə edilir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR