BLOQ

Normal uşaq necə olmalıdır?

date 5 Sentyabr 2019

Normal uşaq necə olmalıdır?

Uşaqların inkişaf baxımından normal olması necə təyin olunur? Bəzən uşaqlara baxılır, onların başının ölçüsü və yaxud da hansısa ölçüləri barədə fikirlər yürüdülür. Ümumiyyətlə, normal adlandırdığımız norma hər bir insan üçün fərqlidir. Lakin ümumi normal formalar üçün cədvəllər var. Təbii ki, bu cədvəllərdə hər bir toplum və xalqlara görə dəyişir. Çünki Avropada orta boy göstərici bir cür, Çində başqa cür, bizdə də tamamilə fərqlidir. Belə cədvəllərə baxaraq uşaqlarda olan boy, çəki haqqında fikirlər söyləyə bilərik. Amma qeyd etdiyimiz cədvəllər də nisbidir. Bəzən o cədvəllərlə də uyğunluq olmaya bilər. Uşağın ümumi göstəriciləri o toplumdakı insanlardan fərqlənə bilər. Uşağın normal olduğunu müəyyən etmək üçün uşaq müayinə olunur, xəstəlikləri araşdırılır və heç bir xəstəliyi yoxdursa və valideynin genetik izlərini daşıyırsa ona heç bir müalicə yazılmır. Bizə tez-tez uşağın boyunun balaca, arıq, başının böyük və ya balaca olması barədə narahatlıqlarını dilə gətirən valideynlər müraciət edirlər. Bu zaman müayinə edib uşağın bu halının normal olduğunu müəyyən etdikdə müalicə tövsiyə olunmur. Bəzən nənələr, babalar, qohum və ya ətraf elə hey uşağın arıq olmasına görə narahat olurlar, valideynlər də buna görə həkimləri dolaşır, qalaq-qalaq dərmanlar yazdırırlar. Lakin bunu etməzdən öncə müəyyən etmək lazımdır ki, ümumiyyətlə, bu hal bu uşaqda normaldır ya da əksinədir. Ən çox rastlaşılan hal arıq uşaqlara vitaminlərin verilməsidir. Uşaqlara o qədər vitaminlər verilir ki, zəhərlənmə baş verir, böyrəklərdə daşlar əmələ gəlir. Eyni sözləri qurd dərmanları barədə də deyə bilərik. Bu da uşaqlarda zəhərlənmə verə bilər...

 

Altay Abdullaoğlu-Pediatr-neonatoloq, uzman həkim

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR