XƏBƏR

Nazirlik qızılcaya görə peyvənd sifariş verib

date 29 Yanvar 2019

Nazirlik qızılcaya görə peyvənd sifariş verib

Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

E-tibb.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin qızılca xəstəliyinə dair yaydığı açıqlamada bildirilir.  

Qeyd olunub ki, xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib.

Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Bundan əlavə hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib: "Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir". 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR