XƏBƏR

Nadir xəstəliklər üçün nəzərdə tutulan dərmanların sayı artırılıb

date 18 Mart 2019

Nadir xəstəliklər üçün nəzərdə tutulan dərmanların sayı artırılıb

Azərbaycanda nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.

ONA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Kollegiyası bununla bağlı “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edib.

Beləliklə, Adsetris (Adcetris), Serezim (Cerezyme) və Fabrazim (Fabrazyme) nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına daxil edilib.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR