XƏBƏR

Mütəxəssis: "Estetik əməliyyatlar yaşlanmanın qarşısını almır" - VİDEO

date 24 Yanvar 2020

Mütəxəssis: "Estetik əməliyyatlar yaşlanmanın qarşısını almır" - VİDEO

“Yumşaq toxumalarda aparılan istənilən estetik cərrahiyyə əməliyyatı ömürlük deyil. Bu əməliyyatlar yaşlanma prosesinin qarşısını almır, sadəcə, yaşlanma ilə əlaqədar meydana gələn cizgiləri korreksiya edir”.

Bunu APA TV-yə açıqlamasında plastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Ayaz Məmmədov deyib.  

Hər bir pasientə individual yanaşmağın vacib şərt olduğunu vurğulayan həkim “Bəzən bizə müxtəlif kosmetoloji prosedurlar keçmiş, ağır fəsadlara məruz qalan pasientlər müraciət edir. Gözəllik salonlarında, kosmetoloji mərkəzlərdə heç bir ixtisası olmayan, hətta orta təhsili olmayıb özünü “mütəxəssis” adlandıran kosmetoloqlar var”, deyə bildirib.

Onun sözlərinə görə, estetik əməliyyatda yaş kateqoriyasına xüsusi önəm verilməlidir. Əməliyyatdan öncə “check up” müayinə olunmalı, üz nahiyəsində olan bütün kosmetik prosedurların tarixçəsi incələnməlidir.

Mütəxəxssis onu da bildirib ki, estetik cərrahiyyə işbazların əlində böyük biznes mənbəyinə çevrilib: “Yəni artıq buna bir elm, cərrahiyə kimi yox, biznes məqsədilə baxanların sayı daha çoxalıb. İdeal həkim yoxdur, hər bir mütəxəssisin əlində problem də ola bilər, fəsad da. Elə fəsadlar var ki, həkim səhlənkarlığı səbəbindən meydana gəlir, bir də var orqanizm prosesə xas olmur və qeyri-sağlamdır”…

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR