XƏBƏR

Mobil telefonla gündə neçə kalori qəbul etdiyinizi öyrənə bilərsiniz - VİDEO

date 31 Oktyabr 2019

Mobil telefonla gündə neçə kalori qəbul etdiyinizi öyrənə bilərsiniz - VİDEO

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən yeni mobil əlavə hazırlanıb.

İSİM-in yaydığı məlumatda bildirilir ki, “Sağlam qida” mobil əlavəsini yükləyərək, qəbul edilən kalori miqdarına nəzarət etmək mümkündür:  

“Gün ərzində sağlam qidalandığınızı və gündə neçə kalori qəbul etdiyinizi bilmək istəyirsinizsə, bu mobil əlavəni yükləyə bilərsiniz.

“Sağlam qida” mobil əlavəsi düzgün qida rasionunu tərtib etməyə, qəbul edilən kalori miqdarını hesablamağa kömək edəcəkdir. Təlimat OFFLINE rejimində işləyir və işləmək üçün internet bağlantısı tələb olunmur.

Mobil əlavə 5 əsas hissədən ibarətdir:

1) Kalori kalkulyatoru

2) Bədən kütləsi kalkulyatoru

3) Qida dəyəri kalkulyatoru

4) Gündəlik kalorinin kalkulyatoru

5) Sağlam qida ilə bağlı məqalələr

Mobil əlavə Azərbaycan dilindədir.

“Sağlam qida” mobil əlavəsini yükləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://apps.apple.com/us/app/sa%C4%9Flam-qida/id1483912461

https://play.google.com/store/apps/details…

https://www.youtube.com/embed/8rsGqcy_7Vk

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR