XƏBƏR

Meyvə-tərəvəzdə koronavirus təhlükəsi: Alarkən bunları nəzərə almaq lazımdır -VİDEO

date 9 İyun 2020

Meyvə-tərəvəzdə koronavirus təhlükəsi: Alarkən bunları nəzərə almaq lazımdır -VİDEO

“Meyvə-tərəvəz alarkən tamına baxmaq çox təhlükəlidir. Meyvə-tərəvəzi alıb evə gətirdikdən sonra paketdən boşaldıb qablara yığmazdan əvvəl yumalıyıq. Sadə şəkildə, heç bir kimyəvi vasitədən istifadə etmədən axar suyun altında bir necə dəqiqə ərzində yuyulmalıdır”.

e-tibb.az xəbər verir bunu APA TV-yə həkim-infeksionist Azər Nağıyev deyib.

A. Nağıyevin fikrincə, meyvələrin paketlərdə olması onlarda virus təhlükəsinin olmaması demək deyil. Çünki qablaşdırılarkən də bu meyvələr əl ilə təmasda olur: 

Meyvə-tərəvəzdə koronavirus təhlükəsi barədə danışan həkim virusun meyvələr üzərində nə qədər yaşaması barədə suala cavab olara deyib ki, virus meyvələrin növündən aslı olaraq bu müddət dəyişir: “Meyvə-tərəvəz üzərində növündən, yəni quru, möhkəm qabıqlı olmasından asılı olaraq, bir neçə saatdan bir-iki günə qədər qalması mümkündür. Meyvə-tərəvəz keyfiyyətini itiribsə, buna bir neçə gün də əlavə oluna bilər. Ona görə də hər bir meyvə-tərəvəz təzə və ya köhnə olmağından asılı olmayaraq, real koronovirusa yoluxmuş ola bilər”.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Cavidan Quliyev də əhalini meyvə-tərəvəz alarkən diqqətli olmağa çağırıb: “Yay mövsümü olduğuna görə meyvə-tərəvəzlərin satışı daha çox həyata keçirilir. Xüsusilə COVİD-19 pandemiyasının davam etdiyi bir müddətdə bu məhsullara açıq əl ilə toxunmamağı alıcılara məsləhət görürük. Vətəndaşlar bu məhsulları alarkən sağlam olub-olmadığına baxmaq üçün əl ilə toxunma halları çox olur. Belə məhsullarda xəstəliyin keçmə halları da baş verir. Yaxşı olardı ki, bu məhsullarla əl təması olmasın”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR