XƏBƏR

Maskada rahat nəfəs alıb-vermək mümkündürsə... Professordan AÇIQLAMA

date 27 Avqust 2020

Maskada rahat nəfəs alıb-vermək mümkündürsə... Professordan AÇIQLAMA

Böyük torlu maskaların virusdan qoruyuculuğu azdır. Əgər maskanı taxandan sonra çox rahat nəfəs alıb-verirsinizsə, bu, maskanın faydasının olmadığını göstərir.

e-tibb.az xəbər verir ki, bunu Türkiyənin Hacettəpə Universitetinin Tibb Fakültəsinin Uşaq infeksion xəstəlikləri kafedrasının müdiri, professor Mehmet Ceyhan açıqlayıb. Həkimin sözlərinə görə, maskanın parçasında torlar çox sıx deyilsə, o zaman virusa yoluxma riski daha yüksək, yəni qoruyuculuq bir o qədər aşağı olur: “Siz bütün gücünüzlə üfürdüyünüz zaman maska şişməlidir. Əgər belə olmursa, deməli, maska işə yaramır”.

Professor, yayda maska istifadəsi ilə bağlı diqqət olunmalı məqamları da açıqlayıb. Onun sözlərinə görə, tünd rəngli maskalar geyimlərdə olduğu kimi, Günəş şüalarını daha çox çəkərək tərləməyə səbəb olur. Mütəxəssis virusdan qorunmaq üçün maskanın rənginin o qədər də önəmli olmadığını desə də, ağ rəngdə olan klassik cərrahi maskaların daha uyğun olduğunu bildirib.

Həkim qeyd edib ki, istər kağız, istərsə də parça maskalar islanan kimi xüsusiyyətini itirir. Eləcə də çox istilər zamanı tərləyəndə maskanın qoruyucluğu itir. Pambıq parçadan olan maskaların hansı üstünlüklərinin olmasına gəlincə, professor bildirib ki, onlar sadəcə, daha rahatdır və daha az tərlədir. Onun sözlərinə görə, rahat nəfəs alıb-vermək maskanın üstünlüyü deyil: “Pambıq maskalar rahatlığına və tərlətməməsinə görə daha rahat istifadə olunur. Rahat nəfəs alıb-vermək parçanın içində olan dəliklərin daha böyük olması anlamına gəlir. Əgər rahat nəfəs alıb verirsinizsə, deməli maskanın qoruyuculuğu yoxdur”…

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR