XƏBƏR

Lyambliya təbii yolla necə müalicə olunur?

date 20 İyul 2019

Lyambliya təbii yolla necə müalicə olunur?

Geniş yayılan parazitar xəstəliklərdən biri də lyambliozdur. Laymbliya birhüceyrəli parazitdir. Məlumatlara görə, əsasən çirkli sularda yaşayır. Yoluxma isə yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Bu xəstəliyə əsasən uşaqlarda rast gəlinir. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur. Xəstəlik parazitin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir.

e-tibb.az həkim-fitoterapevt Fizuli Hüseynovun lyambliyanın təbii üsulla müalicəsi barədə məqaləsini təqdim edir:

Bəzən ona lyambliya qurdu da deyirlər, əslində lyambliya gözlə görünməyən kiçik birhüceyrəlidir. Əsasən nazik bağırsaqda və bəzən öd yollarında parazitlik edir. Açıq su hövzələrinə və ya çaylara xəstələrin nəcisləri töküləndə həmin suyun içilməsi, onunla suvarılan tərəvəzlərin yeyilməsi lyamblioza tutulmaya səbəb olur.

Xəstəlik nəticəsində nazik bağırsaq və qaraciyər zədələnir, ürəkbulanma, iştahasızlıq, qarının üst nahiyəsində ağrı, bəzən ishal və arıqlama halları olur. Uşaqlarda həmin əlamətlər yarananda nəcis müayinəyə verilməli, lyambliya aşkar olunmadıqda 1 ay sonra təkrar müayinə olunmalıdır.

Müalicə zamanı şirin qidalar azaldılmalıdır, çünki lyambliyalar, əsasən karbohidratlarla qidalanır. Sarımsaq nəinki lyambliozu, həmçinin digər qurdları da, xüsusən də bağırsaqlarda parazitlik edən növləri məhv edir. Sarımsaqlı qatıqdan və yaxud sarımsaq kapsullarından da istifadə etmək olar. Gün ərzində 2-3 diş sarımsaq yeyilməlidir və ya 2-3 diş sarımsaq sarımsaq əzəndən keçirilir, 1 kasa qatığa qarışdırılır yeməkdən yarım saat əvvəl yeyilir. Gündə 1 dəfə 10 gün yeməkdən sora 10 gün fasilə verib, yenə 10 gün davam etmək olar. Gündə 3 dəfə yeməkdən əvvəl böyüklər 2, uşaqlar 1 sarımsaq kapsulu içə bilərlər.

3 stəkan su tutan termosa 2 buğum zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək qarışdırılır, 1 həftə ərzində gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir. Əgər çay çox acı olsa 1 stəkan çay ilıq halda olanda 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz.

Yeməkdən əvvəl 1 filtr-bağlama Teazol çayı 100 qram suda dəmlənərək uşaqlara verilməlidir. Prosedur 10 gün aparılır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR