XƏBƏR

Lyamblioz necə aşkarlanır?

date 9 Fevral 2020

Lyamblioz necə aşkarlanır?

“Uşaqda lyambliozun diaqnozu təsdiqləndikdə ailənin bütün üzvləri müalicə olunmalıdır”.

e-tibb.az xəbər verir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.

Onun sözlərinə görə, lyamblioz dünya əhalisinin çox hissəsində görülən, təkhüceyrəli orqanizm olan lyambliya tərəfindən törədilən bağırsaq parazitozudur.

Diaqnostikası nəcis və bağırsaq möhtəviyyatının mikroskopik müayinəsi və PZR analizi ilədir. Böyüklərə nəzərən uşaqların infeksiyaya yoluxması və bağça, məktəb kimi ümumi kollektivlərdə lyamblioza yoluxma riski daha çoxdur ( 30-50%).

Uşaqlar fekal-oral yolla yoluxur. Parazitlərin sistası mədə-bağırsaq traktına su, qida, ümumi oyuncaq, qab və gigiyena vasitələri, çirkli əl və s. vasitəsilə keçə bilər. Şikayətlər:
- İshal
- Qarın ağrısı
- Şişkinlik
- Bulantı
- İştahsızlıq və s.
Müalicəsi parazitin orqanizmdən çıxarılması, klinik əlamətlərin aradan qaldırılması ilə aparılır. Uşaqda lyambliozun diaqnozu təsdiqləndikdə ailənin bütün üzvləri müalicə olunmalıdır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR