XƏBƏR

Körpələri çimizdirmək barədə yanlış fikirlər...  - Pediatr AÇIQLAYIB

date 27 Dekabr 2019

Körpələri çimizdirmək barədə yanlış fikirlər... - Pediatr AÇIQLAYIB

Körpələri necə yuyundurmaq, hansı dövrdən sonra çimizdirmək barədə hər zaman fərqli baxışlar, mübahisəli fikirlər olub. Bununla bağlı keçmiş zamanlardan qalan qaydalar çox zaman günümüzdə də tətbiq olunur.

Yeni doğulanları nə zaman və necə çimizdirmək lazımdır?

e-tibb.az bu barədə pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun fikirlərini təqdim edir:

 

Uzun müddətdir ehkamlaşmış bir düşüncə - körpələri göbək düşənə qədər çimizdirmək olmaz fikri əslində yanlışdır. Əgər körpə doğulduqdan sonra üzərində mekonyum (körpənin nəcisi) və qana bənzər kimi kirli toxumalar mövcuddursa, doğulduqdan sonra yuyulmalı və uzaqlaşdırılmalıdır. Ancaq ümumi olaraq desək, körpələr doğulandan 24 saat sonra yuyula bilər. İlk yuyulan vaxtlarda göbəyin imkan daxilində suyla az təmasda olmasına diqqət etmək lazımdır. Dərhal sonra tez qurulamaq və daim quru saxlamalıyıq. Körpəni tam rahat bir şəkildə çimizdirmək üçün isə göbəyinin düşməsini və sağalmasını gözləmək lazımdır. Körpəni uyğun qaydalarda çimizdirmək ona zərər verməz.

 

Körpələr sadəcə, su ilə yuyunmalıdır?

 

Körpələrin bədən təmizliyi üçün təkcə su kifayət deyildir. Nəcis kimi kirli artıqların dəridən uzaqlaşdırılması üçün uyğun pH dəyərlərində maye təmizləyicilər və sabunlar istifadə olunmalıdır. Bu kirli artıqlar bədəndən uzaqlaşdırılmasa, dəridə səpkilərə, yaralara səbəb ola bilər.

 

Körpələrin saçlarına şampun vurmağa ehtiyac yoxdur?

 

Körpələrin şaçları üçün sampunlardan istifadə etmək olar.

 

Körpələr hər gün yuyunmamalıdır?

 

Cəmiyyətimizdə doğru bilinən bu fikir də yanlışdır. İlıq su ilə çimizdirmək körpənizdə həm ölü dəri və kirli hissəcikləri uzaqlaşdırır, həm də onu rahatlatır. Yayda lazım olarsa, gündə iki dəfə, qışda isə günaşırı vanna qəbulu körpələr üçün faydalıdır. Vanna sonrası körpələr üçün nəzərdə tutulmuş losyonlardan istifadə etmək də körpənizin sağlamlığına faydalı olacaq.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR