XƏBƏR

Körpələrdə bu vitaminin azlığı sonradan piylənməyə səbəb olur

date 3 Noyabr 2020

Körpələrdə bu vitaminin azlığı sonradan piylənməyə səbəb olur

Körpələrdə D vitamini səviyyəsinin az olması sonradan piylənməyə səbəb olur.

Uşaqların ilk yaşında D vitamini səviyyəsinin aşağı olmasının sonrakı illərdə piylənməyə səbəb ola biləcəyi sübut olunub. e-tibb.az xəbər verir ki, Miçiqan Universitetinin alimi Eduard Villamorun rəhbərlik etdiyi qrup tərəfindən aparılan araşdırmadan sonra bu qənaətə gəlinib. Tədqiqatın nəticələri "American Journal of Clinical Nutrition Journal"da yayımlanıb. Tədqiqat zamanı 300-dən çox uşağın məlumatları araşdırılıb. Bir yaşında olan körpələrdə D vitamini səviyyəsi ölçülüb. Daha sonra bu uşaqların 5, 10 və 16-17 yaşlarında D vitamini səviyyələri və bədən kütlə indeksi yoxlanıb. 16-17 yaşlı uşaqların yağ və əzələ kütləsi də tədqiq edilib. Tədqiqat göstərib ki, ilk yaşda D vitamini səviyyəsinin aşağı olması yeniyetməlik dövründə infarkt, insult və şəkərli diabet riskini artıran metabolik sindromla bağlıdır.

Bir yaşda D vitamini səviyyəsinin aşağı olmasının sonrakı illərdə piylənməyə səbəb ola biləcəyini aşkarlayan araşdırma zamanı həmçinin, ilk yaşda qandakı hər əlavə D vitamini vahidinin, 1-5 yaş arasında daha az piy, 16-17 yaşlarda daha az yağ, daha çox əzələ kütləsi toplanması ilə əlaqəli olduğu da məlum olub.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR