XƏBƏR

Koronavirusun qripdən fərqi yoxdur? – Məşhur həkim qorunmaq yollarını AÇIQLAYIB

date 7 Fevral 2020

Koronavirusun qripdən fərqi yoxdur? – Məşhur həkim qorunmaq yollarını AÇIQLAYIB

Korona virus infeksiyasıdır, burada qorxulacaq nəsə yoxdur.Bu virusu korona adlandırblar, amma qripdən fərqi yoxdur.

e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan məşhur kardioloq, qidalanma üzrə mütəxəssis, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, koronavirus ağciyərlərdəki hüceyrələrin içinə daxil olur, yuxarı tənəffüs yollarının yoluxması da eynilə baş verir.

Professor koronavirusdan qorunmağın mümkün olduğunu deyib: “Virusların hüceyrəyə daxil olmasının qarşısını almaq lazımdır. Virus hüceyrəyə daxil olmasa, xəstəlik də yaranmaz. Buna üçün isə immun sisitemini gücləndirmək lazımdır. Hüceyrə güclü olarsa, viruslar oraya daxil ola bilməz. Orqanizmin müqavimətini qırmasaq xəstəlik də yaranmaz".

Həkim, koronavirsdan qorunmaq üçün evdə hazırlanan sirkə, təbii probiotiklər-evdə hazırlanan turşu, ev qatığı yeməyi, turşunun suyunu içməyi tövsiyə edib. Bildirib ki, bunlar bağırsaqlarda olan dost bakteriyaları çoxaldır.

Onun sözlərinə görə, qripə qarşı kəllə-paça yemək də çox faydalıdır, bu yemək zülal, yağ və vitaminlərlə zəngindir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR