XƏBƏR

Koronavirusa yoluxma riskini bu üsullarla azaldın - TÖVSİYƏLƏR

date 28 Yanvar 2020

Koronavirusa yoluxma riskini bu üsullarla azaldın - TÖVSİYƏLƏR

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi dünyada təşvişə səbəb olan koronavirusla bağlı maarifləndirici məlumat hazırlayıb.

“Koronavirusa yoluxma riskinizi azaldın” adlı tövsiyədə aşağıdakılar vurğulanıb:

Əllərinizi sabun və su ilə yuyun, yaxud da spirt tərkibli  dezinfeksiyaedici ilə təmizləyin

Öskürərkən və asqırarkən ağız və burnunuzu dəsmal və ya dirsəyinizlə bağlayın
Soyuqdəymə və ya qripə bənzər simptomlar müşahidə edilən şəxslərlə yaxın təmasdan çəkinin
Ət məhsullarını və yumurtanı yaxşıca bişirin
Canlı vəhşi və ya ferma heyvanların ilə birbaşa təmasda olmayın

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR