XƏBƏR

“Koronavirus haqqında deyilənlərin 20 faizinə inanın” – PEDİATRDAN AÇIQLAMA

date 31 Yanvar 2020

“Koronavirus haqqında deyilənlərin 20 faizinə inanın” – PEDİATRDAN AÇIQLAMA

Virusların səbəb olduğu grip xəstəliyi ilə soyuq havalarda daha sıx rastlaşırıq. Yüksək hərarət, öskürmə, halsızlıq və ağrı ilə özünü göstərən xəstəlik ən çox uşaqları təsir altına alır.

e-tibb.az xəbər verir ki, bunu həkim-pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.

Həkim bildirib ki, qrip peyvəndini 6 aydan böyük və yumurtaya allergiyası olmayan uşaqlara etdirmək mümkündür. Əsasən allergik bronxit, təkrarlanan otit, immun sisteminə təsir edəcək xəstəliyi olan uşaqların mütləq olaraq peyvənd olunması tövsiyə olunur. Peyvənd olunma 100% qorunmanı təmin etməsə də, immuniteti yüksəldərək xəstələnilsə belə xəstəliyin yüngül keçirilməsini, xəstəliyə yaxalanma riskini də ciddi dərəcədə aşağı düşürür.

Mütəxəssis, mediada, internetdə koronavirus haqqında deyilənlərə də münasibət bildirib: “Televiziya və internetdə koronavirus haqqında deyilənlərin 20 faizinə inanmağınızı tövsiyyə edirəm.Yaxın keçmişdəki "quş və donuz qripi" qəbilindən olan ajiotajlardan biridir və pərdəarxası iqtisadi-siyasi məqsədlərə xidmət edir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR