XƏBƏR

Kondisionerlər xəstəlik yayır?

date 17 Avqust 2020

Kondisionerlər xəstəlik yayır?

Kondisionerlər ölümcül xəstəliklərə yol aça bilər. e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan həkim, professor Muhammed Emin Akkoyunlu açıqlayıb. Onun sözlərinə görə, düzgün, mütəmadi təmizlənmədikdə bu cihazlar ciddi infeksiyalara səbəb olur, xeyirdən çox ziyan verir. 

Həkim qeyd edib ki, legionella adlandrılan bakteriya növü kondisionerlərin sayəsində yayıla bilir, tənəffüs yollarının xəstəliyinə səbəb olur. Bu, hətta ölümə belə gətirib çıxarır: "Düzgün istifadə olunmasa bu cihazlar həm rahatlğımızı, həm də sağlamlığımızı pozur. Bu aparatlar içəri və bayır arasında havanı sirkulyasiya etmir. İçəridə olan havanı dolaşdırır. Əgər evdə qonaqlarınız varsa, mümkünsə kondisioneri işlətməyin, çünki onların arasında infeksiyalı biri varsa, kondisionerin sayəsində infeksiya hər tərəfə yayılır. Bu halda hamının xəstəliyə yoluxma ehtimalı artır".

Həkim vurğulayıb ki, kondisionerin tempereturunu 15-16 dərəcəyə qədər düşürmək olmaz. Temperatur çox sürətli şəklidə, bayırdakı istilikdən çox aşağı salınsa, bu, sağlamlıq üçün problem yaratmaq deməkdir. Bəzi yerlərdə 15-16 dərəcəyədək otaq temperaturu seçilir, bu isə ciddi problemlərə səbəb olur. Ona görə də isti havalarda otaq temperaturunu 22-23 dərəcədə saxlamaq lazımdır.

Boyun tutulmaları, bel və döş qəfəsi ağrılarına çox sıx rast gəlindiyini deyən mütəxəssis qeyd edib ki, bunlardan da qorunmaq baxımından kondisionerlərin havanı birbaşa adamın üzərinə vurmamasına çalışmaq lazımdır. Hava axını mümkün qədər divar, tavan istiqamətinə tənzimlənməlidir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR