XƏBƏR

Kofe içəndə bu əlamətlər yaranırsa...

date 20 Aprel 2019

Kofe içəndə bu əlamətlər yaranırsa...

Qəhvənin orqanizmə bir çox faydaları var. Elm artıq bunu sübut edib. Amma elə insanlar var ki, qəhvə onlara pis təsir edir. Bu isə orqanizmin həssaslığı, maddələr mübadiləsi və genetika xüsusiyyətlərlə bağlı ola bilər.

Bəs biz içdiyimiz qəhvənin bizimlə "dostluq" edə bilmədiyini necə bilə bilərik? Bunun bir neçə əlaməti var.

Birinci simptom: qarın ağrısı

Son zamanlarda elm adamları qəhvənin tərkibində olan maddələrin mədə şirəsi ifrazını aktivləşdirdiyini təsbit ediblər. Abdominal ağrılar qəhvə içməyin bizə zərər verdiyini göstərən əsas əlamətdir.

İkinci əlamət: ürək döyüntüsü

Əgər bu varsa, qəhvə içməkdən qaçmaq lazımdır. Əks halda ürəyin işində ciddi pozuntular baş verə bilər.

Üçüncü əlaməti: ishal

Qəhvə içəndən sonra tez-tez ayaqyoluna getmək istəyi yaranırsa, diareya baş verirsə, deməli, səbəb qəhvədir.

Dördüncü simptom: Əsmə  

Qəhvədən çox istifadə etdikdə əllərdə əsmə yarana bilər. Xüsusən siqaret çəkən şəxsin kofeni çox istifadə etməsi, qan damarlarını sıxır. Bu, sinir və damar sistemlərinə bir zərbə sayılır.

Beşinci əlamət: baş ağrısı

Bu da kofenin yan təsiri sayılır. Hipertoniya xəstələri üçün bir fincan qəhvə dözülməz baş ağrıları yarada bilər. Baş ağrısı ilə yanaşı, yorğunluq hissinin, güc itkisinin yaranması da mümkündür.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR