XƏBƏR

Kofe cavanlaşdırır, amma...

date 18 Oktyabr 2019

Kofe cavanlaşdırır, amma...

Alimlər orqanizmdə yaşlanma prosesini ləngidə bilən 8 məhsulun adını açıqlayıblar. Onlardan biri də qəhvədir. Alimlər hesab edir ki, qəhvə cavanlaşdırır. Amma bu, bütün qəhvələrə aid deyil. Burada söhbət bişmiş qəhvədən gedir, bişməmiş, sadəcə, suda həll olunan qəhvə analoqundan yox.

Amerika Milli Onkologiya İnstitutunun tədqiqatçıları hesab edirlər ki, əsl, yəni bişmiş qəhvədə olan bioloji aktiv birləşmələr melanomadan (dəri xərçəngi) qorunmağa kömək edir. Mütəxəssislərin bədəndə qocalma prosesini ləngitdiyini iddia etdikləri məhsullardan biri də tünd şokoladdır. Onların fikrincə, tünd şokolad antioksidantlar və flavonoidlərlə zəngindir. Dəriyə müsbət təsir göstərir.

Sonra yaşıl çayın adı çəkilir. Onun tərkibindəki kollagen və polifenollar dəri üçün "tikinti materialı" dır.

Pomidor, avokado, yaban mersini və qarpız da dərinin cavan qalması üçün çox faydalıdır. Onların tərkibində çox miqdarda lif, yağ turşuları və kalium var. Bundan əlavə, göyərti dərini hamarlaşdırır.

Dietoloqlar hesab edir ki, bu qidalardan biri də ən çox omeqa-3 yağı ilə zəngin olan qızılbalıqdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR