XƏBƏR

Kişilərin DİQQƏTİNƏ - Bu heyvan sizi infarkt və insultdan qoruyur

date 22 Fevral 2019

Kişilərin DİQQƏTİNƏ - Bu heyvan sizi infarkt və insultdan qoruyur

Alimlər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, pişiklərin kişilər üçün böyük faydaları var. Bu ev heyvanları öz sahiblərini müxtəlif xəstəliklər zamanı müalicə etməklə yanaşı, ürək-damar xəstəliklərinin inkişafından xəbərdar da edə bilirlər.

Amerikalı tədqiqatçıların fikrincə, pişiklər kişilərdə infarkt və insult riskini 20% azalda bilirlər. Mütəxəssislər 40-80 yaş arası 10 min kişi və qadının iştirakı ilə araşdırma aparandan sonra bu nəticəyə gəliblər.

Ekspertlər məhz pişiklərin seçilməsinin təsadüfi olmadığını açıqlayıblar. Onlar hesab edir ki, pişiklər daha çox müsbət emosiyaya səbəb olur. Həmçinin, mütəxəssislərə görə,  qadınlar pis emosiyalara daha az məruz qapıldıqları üçün onlara daha az pişik terapiyası lazımdır.

 e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR