XƏBƏR

Kişilərdə koronavirusa qarşı daha çox antitel yaranır?

date 23 İyun 2020

Kişilərdə koronavirusa qarşı daha çox antitel yaranır?

Kişilər yeni tip koronavirusa (COVID-19) yoluxanda onlarda daha yüksək səviyyədə antitel yaranır.

e-tibb.az xəbər verir ki, İngiltərədə qan və digər toxumaları toplayan “NHS Blood and Transplant” təşkilatı ağır koronavirus xəstələrini müalicə məqsədilə toplanan qan plazmalarını araşdırıb.

Aprelin əvvəlindən mayın ortalarına qədər təxminən 600 donordan alınan plazmalar üzərində aparılan tədqiqat zamanı kişi donorların 43 faizində sınaqlarda istifadəyə yetəcək səviyyədə antitel yarandığı bildirilib. Qadın donorlarda isə bu rəqəmin 29 faiz olduğu açıqlanıb. Yaşlı, Asiya mənşəli və COVİD-19 səbəbiylə xəstəxanada müalicə alan xəstələrdə daha yüksək antikor səviyyələrinin də olduğu müşahidə edilib.

Mütəxəssislər hesab edir ki, kişilər koronavirusu qadınlardan daha ağır keçirdiklərinə görə, onlarda daha çox antikor yaranır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR