XƏBƏR

İstənilən parçadan maska tikmək olar?

date 3 Aprel 2020

İstənilən parçadan maska tikmək olar?

"Maska ən azı öskürən və asqıran adamı virusları ətrafa yaymaqdan qoruyur. İnsan asqıran və öskürən zaman ağız-burnundan hava ayrılır. Əsas viruslar ağızdakı hava damcılarında olur. Bu baxımdan maska geyilməsi məqsədəuyğundur".

e-tibb.az xəbər verir ki, bunu lent.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, maskanın da taxılma qaydalarına əməl olunmalıdır: "Çünki adi cərrahi maskalar 30 dəqiqədən sonra öz funksiyasını itirir. Standartlara uyğun olan maskalar isə xeyli bahadır. İnsanların onu almaq imkanları yoxdur. Ona görə də məsləhət görülür ki, adi formada müəyyən sexlər yaradılsın, sadə standartlara uyğun maskalar hazırlansın. Kustar formada, hərə bir yerdə maska tikərsə, bu da doğru deyil. Maskalar konkret olaraq elə parçalardan tikilməlidir ki, onlar nəfəs yolu ilə orqanizmə daxil olan viruslardan insanı qoruya bilsin. Bunu da daha ucuz qiymətə satışa buraxmaq olar. Bu çətin iş deyil”.

 

A.Qeybullanın sözlərinə görə, maska tikiləcək material elə olmalıdır ki, hopdurucu effekt yaratmasın: “Maskalar xüsusi materialdan hazırlanmalıdır. Daha çox sintetik materiallar olur ki, ora müəyyən qatqılar da qatılır. Ona görə də evdə hər hansı parçadan tikilməsi doğru deyil. Tibbi cunadan maska hazırlamaq olar. Amma sonra onu kim sterilləşdirəcək? Həmin maskaların nə dərəcədə steril olduğuna kim təminat verəcək? Kim təminat verə bilər ki, həmin maskalar viruslarla çirklənməyib?”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR