XƏBƏR

İnsult olmamaq üçün hər gün bunları edin – Nevroloqdan ÇAĞIRIŞ

date 15 İyul 2019

İnsult olmamaq üçün hər gün bunları edin – Nevroloqdan ÇAĞIRIŞ

İşemik insult son dərəcə ciddi ağırlaşmalara yol açsa da, erkən müdaxilə olunanda  müalicə edilə bilər. Hətta həyat tərzinə diqqət ediləndə insultun qarşısını almaq mümkündür. Bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva açıqlayıb.

Həkim bildirib ki, son illərdəki tibbi araşdırmalar mütəmadi olaraq təkrarlanan idman məşqlərinin, işemik insult riskini 25 %-ə qədər azaltdığını göstərir. Araşdırmaların nəticəsinə görə, 30 dəqiqəlik təkrarlanan orta sürətli piyada gəzmək, yaxud da digər orta dərəcəli idman məşqinin insultun profilaktikası üçün aparılan dərman müalicəsi qədər effektiv olduğu göstərir.

Bu səbəbdən insultun önlənməsində piyada gəzmək çox vacib yer tutur. Bu idman məşqləri ilə yanaşı düzgün qidalanmaq da çox vacibdir, xüsusilə qidalanmanızda təzə meyvə və tərəvəzlərə böyük yer ayırmanız daha yaxşı olar. Hər gün 30 dəqiqə özümüzə ayırıb, təmiz havada gəzərək, heç nə itirmərik, əksinə bol yüksək əhval ruhiyyə və sağlam, gözəl vücud qazana bilərik.

Mütəxəssis, ciddi ağırlaşmalara səbəb olan işemik insultun risk faktorlarını açıqlayıb. İnsult ehtimalını artıran amillər, risk faktorları bunlardır:

piylənmə;

şəkərli diabet;

siqaret çəkmə;

hipertoniya xəstəliyi;

fiziki fəallığın az olması;

ürək-damar xəstəlikləri;

alkoqol içkilərə meyllilik;

yaş faktoru (45-60 və daha artıq yaş);

irsiyyət (yaxın qohumlarda insult halları);

xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”)

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR