XƏBƏR

İmplant dişləriniz varsa...

date 13 İyul 2019

İmplant dişləriniz varsa...


Son illərdə implant dişlər geniş tətbiq olunur. İmplant dişləri qorumaq, onların uzunmüddətli olmasını təmin etmək üçün onlara xüsusi qulluq tələb olunur.

Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin açıqladığı məlumatda bildirilir ki, implant orqanizm üçün uyğun materialdan hazırlanır və diş olmadıqda onun yerinə qoyulur. İmplantın bizə uzun müddət xidmət etməsi üçün bizim də ona düzgün qulluq etməyimiz vacibdir.

implant dişləriniz varsa, 6 aydan bir stomatoloq qəbuluna gəlməlisiniz. Müayinə zamanı implant və ətraf dişlərə baxılmalıdır. Ətraf dişlərdə çürüklər varsa, onlar müalicə olunmalıdır. Əks halda dərinləşmiş çürük diş kökünün iltihabına səbəb olur və bu iltihab implant ətrafına yayılır.

Diş daşları və diş ərpi hər 6 aydan bir təmizlənməlidir. Diş ətləri müayinə olunmalıdır. Əgər hər hansı diş nahiyəsində diş əti qızarmışsa və qanayırsa, mütləq diş əti müalicə olunmalıdır. Əks təqdirdə implant ətrafı diş ətləri iltihablaşar və implantlar düşər.

Məlumatda o da qeyd olunub ki, ildə bir dəfə vektor və ya plazmaliftinq ilə diş əti müalicəsi həm implant, həm də qonşu dişlərin sağlamlığının uzunmüddətli olmasını təmin edir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR