XƏBƏR

​​​​​​​İmmuniteti artıran 5 qida

date 28 Yanvar 2019

​​​​​​​İmmuniteti artıran 5 qida

Siz qış aylarında soyuqdəymə və qripdən dərmansız qurtulmaq istəyirsinizsə, onda bu qidalara əməl etməlisiniz. Dərmanları əvəz edən, vitaminlərlə zəngin qidalardan beşini diqqətinizə çatdırırıq.

Xurma

Bu meyvənin, əsasən, qrip və soyuqdəymə mövsümündə yetişməsi heç də təsadüfi deyil. Onun tərkibi A və C vitaminləri ilə çox zəngindir. Bu da immunitetin artması üçün çox vacibdir. Təsəvvür edin ki, bir orta ölçülü meyvədə A vitamini ilə bağlı gündəlik ehtiyacımızın yarısı var.

Yoğurt

Araşdırmalar göstərir ki, yoğurtdakı canlı bakteriyalar bağırsaq sistemini xəstəliklərdən qoruya bilir, müəyyən infeksiyalara qarşı immuniteti artırır. Təbii yoğurta üstünlük vermək daha məqbul sayılır. Onun tərkibində protein var, şəkər isə azdır.

Şokolad

Alimlər bildirir ki, kakao immuniteti artıran konsentratlı antioksidantdır. Tədqiqatlar göstərir ki, şəkərsiz kakaonun mütəmadi istifadə edənlərin ürək xəstəliyi riski xeyli azalır.

Balıq

Omeqa-3 turşuları və faydalı yağlar qanda leykositlərin aktivliyini artırır. Bununla birlikdə immunitet də yüksəlir ki, infeksiya sonrası orqanizm özünü daha tez bərpa edir. Balıq seçərkən bir şeyi xatırlamaq lazımdır: hamilə qadınlar və azyaşlılar ekzotik balıq növlərindən, məsələn, kral skumbriya, akula və qılıncbalığından qaçmalıdırlar. Əsasən, yağlı balıqlara üstünlük vermək tövsiyə olunur.

Giləmeyvələr

Giləmeyvələrdə C vitamini və hüceyrələrin zədələnməsinin qarşısını alan antioksidantlar kifayət qədərdir. Bir stəkan çiyələk şirəsində eyni miqdarda portağal suyunda olan qədər C vitamini var. Unutmayın ki, tünd rəngli giləmeyvələr daha faydalıdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR