XƏBƏR

Hovuzlarda uşaqlar üçün TƏHLÜKƏLİ HAL - Diqqət!

date 28 İyun 2019

Hovuzlarda uşaqlar üçün TƏHLÜKƏLİ HAL - Diqqət!

"Hovuzlarda xlordan çox istifadə edildikdə və onun miqdarı çox olduqda bu, xüsusən uşaqlar üçün təhlükəyə çevrilə bilər. Məsələn, bunun dəriyə, yuxarı tənəffüs yollarına, eləcə də mədə-bağırsağa təsiri çox böyükdür. Uşaqların dərisi, orqanizmi daha həssas olduğu üçün xlor onlara daha pis təsir göstərir. Xlor yuxarı tənəffüs yollarında qıcıqlanma yarada, xlorlu suyun orqanizmə daxil olması nəticəsində isə mədə-bağırsaq sistemində zəhərlənmə baş verə bilər”.

Bunu Lent.az -a həkim-terapevt Rasif Bağırov bildirib.

Onun sözlərinə görə, xlor suda həll olunmuş formada olsa da, qoxusu hiss edilir: “Həm də əgər hovuzda xlordan çox istifadə edilibsə, bunun mütləq qoxusu hiss edilməlidir. Bu cür hallarda həmin hovuzda və ya kənarında dayanmaq olmaz. Bundan başqa, daha çox astmaya meylli və ya astma xəstəsi olan, eləcə də allergiyası olan uşaqlar bununla bağlı çox diqqətli olmalıdırlar”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR