XƏBƏR

HİV daşıyıcı olan şəxsdən böyrək köçürülüb - DÜNYADA İLK 

date 1 Aprel 2019

HİV daşıyıcı olan şəxsdən böyrək köçürülüb - DÜNYADA İLK 

ABŞ-da HİV daşıyıcısı olan 35 yaşlı qadın böyrəyini özü kimi HİV daşıyıcısı olan şəxsə bağışlayıb.

Bu, dünyada HİV daşıyıcısı olan xəstədən ilk böyrək nəqli hesab olunur. Con Hopgins Universitetinin xəstəxanasında gerçəkləşən əməliyyat uğurla keçib. Donorun və böyrək köçürülən xəstənin vəziyyətinin normal olduğu açıqlanıb.

Həkimlər bildirib ki, bu, HİV daşıyıcı olan və böyrək nəqli gözləyən on minlərlə xəstə üçün çox sevindirici xəbərdir, bundan sonra analoji addımlar atılacaq.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR